Sakin ustanı necə çağırır?
- Tətbiqdə "Usta çağır" düyməsinə toxunur.
- Xidməti seçir: elektrik, santexnik, kamera və domofon, internet və modem və ya digər.
- Problemi qısa yazır və istədiyi vaxtı qeyd edir (məs. "bu gün axşam").
- Nömrəsinin ustaya göstərilməsinə razılıq verir və ya vermir.
Sakinin adı, telefonu və mənzili tətbiqdən yox, kompleksin bazasından götürülür - səhv ünvana usta getmir.
Sorğunun yolu
Sorğu yaranan kimi statusu sakinin tətbiqində görünür: Yeni → Usta təyin edildi → Usta yoldadır → Bitdi. Hər dəyişiklikdə sakinə bildiriş gedir, iş bitəndə ustanı 1-5 ulduzla qiymətləndirir.
Qiymət necə yazılır?
| Məbləğ | Nədir |
|---|---|
| İlkin qiymət | Usta göndəriləndə deyilən məbləğ, məsələn baxış. |
| Yekun məbləğ | İş bitəndə sakinin ödədiyi ümumi məbləğ. |
| Mal-material | Yekunun içindəki material xərci (kran, kabel və s.). |
Pay material çıxılmaqla hesablanır: (yekun − material) × faiz. Material ustanın xərcidir, qazanc deyil - ona görə hesab ədalətli olur.
İki iş qaydası
- Mərkəzi xidmət (AzProLift): sorğunu mərkəz qəbul edir, ustanı göndərir və işi bağlayır. Bitmiş işlərdən kompleksə faiz düşür. MTK sorğuları görür, amma ustalarla məşğul olmur.
- Öz ustalarınız: MTK öz ustalarını sistemə yazır, sorğunu özü idarə edir - ustanı, qiyməti və statusu özü qeyd edir.
Niyə bu MTK üçün faydalıdır?
- Zənglər və WhatsApp mesajları yerinə səliqəli sorğu siyahısı;
- Hər işin tarixi, ustası və qiyməti qeyd olunur - mübahisə azalır;
- Bitmiş işlərdən əlavə gəlir (bax: MTK üçün əlavə gəlir).
Tez-tez verilən suallar
Hansı ustaları çağırmaq olar?
Elektrik, santexnik, kamera və domofon, internet və modem ustası, həmçinin digər xırda işlər.
Sakinin nömrəsi ustaya görünürmü?
Yalnız sakin razılıq veribsə. Razılıq yoxdursa usta sakinlə MTK və ya mərkəz vasitəsilə əlaqə saxlayır.
MTK usta xidmətindən necə gəlir alır?
Mərkəzi rejimdə bitmiş işlərin (yekun − material) məbləğindən faiz kompleksə düşür.
Sistemi kompleksinizdə görmək istəyirsiniz?
Pulsuz təqdimat: binanıza baxırıq və kompleksiniz üçün dəqiq təklif veririk.
Pulsuz təqdimat istə