AZ PRO LIFT Pulsuz təqdimat

Lift idarəetmə sistemi seçərkən MTK nəyə baxmalıdır

Bazarda lift giriş sistemləri çoxdur, amma onların çoxu yalnız "kart oxu - düyməni aç" edir. MTK üçün sistemin gündəlik işi nə qədər azaltdığı daha vacibdir. Aşağıdakı siyahı təklifləri müqayisə etməyə kömək edir.

AZ PRO LIFT · 31 oktyabr 2026 · 6 dəqiqəlik oxu

1. İnternet kəsiləndə işləyirmi?

Ən vacib sual. Sistem hər kartı serverdən soruşursa, internet kəsilən gün bütün bina liftsiz qalır. Cihaz icazəli kartları öz yaddaşında saxlamalı və müntəzəm yeniləməlidir.

2. Sakinin mobil tətbiqi varmı?

Kartını unudan sakin, gecə gələn qonaq, kuryer - hamısı tətbiqlə həll olunur. Tətbiqdə liftin aktivləşdiyini cihazın özü təsdiqləməlidir, yoxsa sakin "basdım, amma işləmədi" vəziyyətinə düşür.

3. Aidat ilə bağlıdırmı?

Ödəniş sistemə avtomatik düşmürsə, MTK yenə əl ilə işləyir. Abunəçi kodu, HÖP və bank terminalı inteqrasiyası, borcluya xatırlatma və müddət bitəndə kartın dayanması bir sistemdə olmalıdır. Ətraflı.

4. Təcili kömək siqnalı varmı?

Liftdə adam qalanda siqnal kimə gedir? Cavabsız qalsa nə olur? Yaxşı sistem siqnalı panelə, adminlərin telefonuna göndərir, cavab gələnə qədər təkrarlayır və gecikəndə təcili əlaqə şəxslərinə ötürür. Necə işləyir.

5. Neçə mərtəbə və neçə lift?

Bir cihazın neçə mərtəbəni idarə etdiyi, böyük kompleksdə bütün liftlərin bir paneldən görünüb-görünmədiyi soruşulmalıdır. AZ PRO LIFT-də bir cihaz 32 mərtəbəyə qədər işləyir.

6. Proqram yeniləməsi necə olur?

Hər yeniləmə üçün liftə usta getməsi həm baha, həm yavaşdır. Cihazlar uzaqdan yenilənməlidir və ilişib qalanda özünü yenidən başlatmalıdır.

7. Dil və istifadə rahatlığı

Panel və tətbiq Azərbaycan və rus dilində olmalıdır. MTK işçisinin öyrənməsi 30-60 dəqiqədən çox çəkməməlidir.

8. Əlavə imkanlar və gəlir

Bina elanları, sakinlərə bildiriş, usta xidməti və tətbiqdə reklam MTK-ya həm rahatlıq, həm də əlavə gəlir verir. MTK üçün əlavə gəlir.

Müqayisə cədvəli

MeyarSadə kart sistemiAZ PRO LIFT
İnternetsiz işHər zaman yoxBəli, yaddaşla
Sakin tətbiqi və qonaq girişiAdətən yoxBəli
Aidat avtomatikYoxHÖP, bank terminalı
Təcili kömək siqnalıYoxDüymə + tətbiq, SMS, Telegram
Usta xidməti və elanlarYoxBəli

Tez-tez verilən suallar

Lift idarəetmə sisteminin qiyməti nədən asılıdır?

Lift və mərtəbə sayından, kartların sayından və lazım olan imkanlardan. Dəqiq təklif pulsuz baxışdan sonra verilir.

Quraşdırma nə qədər çəkir?

Müddət lift sayından və liftin idarəetmə sxemindən asılıdır. Dəqiq plan pulsuz baxışdan sonra verilir; sakinlərin sistemə köçürülməsi ayrıca planlanır.

Mövcud domofon kartları işləyəcəkmi?

Kartların tipi uyğun gəlirsə, bəli. Bu, ilk baxışda yoxlanılır.

Sistemi kompleksinizdə görmək istəyirsiniz?

Pulsuz təqdimat: binanıza baxırıq və kompleksiniz üçün dəqiq təklif veririk.

Pulsuz təqdimat istə